Ukrayna prezidenti Petro Poroşenko BMT-nin sülhməramlılarını ölkəsinə dəvət edib. Poroşenko deyib ki, yaranmış vəziyyətdə Avrozonanın polis missiyasının Ukraynaya gəlməsi yaxşı olardı: "Əminəm ki, bu, Rusiya və onun dəstəklədikləri tərəfindən sülh barədə verilən sözlərin tutulmaması şəraitində ən optimal və effektli zəmanət olardı". Bundan əvvəl o deyib ki, 80 faiz Ukrayna hərbçisi son günlər ağır döyüşlər gedən Donetsk rayonunda Debalseve şəhərini tərk edib. ATƏT-in Ukraynadakı xüsusi nümayəndəsi Mişel Bokiurkiu bildirib ki, missiya nümayəndələri hələlik Debaltseve şəhərinə gedə bilməyib. Onun sözlərinə görə, separatçıların Minsk razılaşmasının şərtlərini öz xeyrinə dəyişdirmək istəməsi qəbuledilməzdir. "Debaltseve - atəşin dayandırılması barədə razılaşmanın bir hissəsidir"-deyə o bildirib. NATO baş katibi Cens Stoltenberg yenidən Rusiyaya Ukraynanın şərqindəki separatçılara yardımı dayandırmağı tələb edib. Rusiya isə həmişə olduğu kimi separatçılara hansısa yardım etdiyini təkzib edir.Poroşenko sülhməramlıları Ukraynaya çağırır
Ukrayna prezidenti Petro Poroşenko BMT-nin sülhməramlılarını ölkəsinə dəvət edib. Poroşenko deyib ki, yaranmış vəziyyətdə Avrozonanın polis missiyasının Ukraynaya gəlməsi yaxşı olardı: "Əminəm ki, bu, Rusiya və onun dəstəklədikləri tərəfindən sülh barədə verilən sözlərin tutulmaması şəraitində ən optimal və effektli zəmanət olardı". Bundan əvvəl o deyib ki, 80 faiz Ukrayna hərbçisi son günlər ağır döyüşlər gedən Donetsk rayonunda Debalseve şəhərini tərk edib. ATƏT-in Ukraynadakı xüsusi nümayəndəsi Mişel Bokiurkiu bildirib ki, missiya nümayəndələri hələlik Debaltseve şəhərinə gedə bilməyib. Onun sözlərinə görə, separatçıların Minsk razılaşmasının şərtlərini öz xeyrinə dəyişdirmək istəməsi qəbuledilməzdir. "Debaltseve - atəşin dayandırılması barədə razılaşmanın bir hissəsidir"-deyə o bildirib. NATO baş katibi Cens Stoltenberg yenidən Rusiyaya Ukraynanın şərqindəki separatçılara yardımı dayandırmağı tələb edib. Rusiya isə həmişə olduğu kimi separatçılara hansısa yardım etdiyini təkzib edir.