Azərbaycan-Özbəkistan ikitərəfli münasibətləri ildən-ilə daha da inkişaf edir.
Sabahinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovu qəbul edərkən bildirib.
Azərbaycan Prezidenti gələcəkdə də əməkdaşlığın genişləndirilməsi ilə bağlı yeni uğurlu layihələrin icra olunacağına əminliyini vurğulayıb.