“Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni, kimi yorğan, kimi döşək, kimi gödəkcə gətirir, kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir”.
Sabahinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahit Bağçı ilə söhbətində bildirib.
“Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir”, - deyə dövlətimizin başçısı qeyd edib.
Azərbaycan Prezidenti deyib ki, bizim ictimai təşkilatlarımız da öz dəstəyini göstərirlər: “Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar”.