Prezident bu nazir müavinlərini işdən çıxardı -YENİ TƏYİNATLAR

Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə səhiyyə nazirinin müavinləri vəzifələrindən azad olunublar.

Sabahinfo.az xəbər verir ki, sərəncamlarla Nigar Ramiz qızı Əliyeva, Elsevər Məmməd oğlu Ağayev, Rahim Rafail oğlu Əliyev, Viktor Kərimoviç Qasımov işdən çıxarılıblar.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə səhiyyə nazirinə 3 yeni müavin təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2022-ci il tarixli müvafiq Sərəncamları ilə İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılov səhiyyə nazirinin müavinləri təyin olunublar.