“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Prezident Heydər Əliyev” tankeri təmir olunaraq istismara qaytarılıb.
Bu barədə ASCO məlumat yayıb.
Məlumata görə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir zamanı tankerin baş və köməkçi mühərrikləri, avar valı sazlanıb, bəzi elektrik avadanlıqları yeniləri ilə əvəzlənib, köhnələri təmir olunub. Eyni zamanda göyərtədə və maşın şöbəsində boruquraşdırma işləri yerinə yetirilib.
Gəmidə rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir, yeni tip 1 ədəd “İnmarsat-C Sailor 6110 SSAS/LRİT” peyk rabitə terminalı, 1 ədəd sürət ölçən LAQ quraşdırılıb, komanda-yayım qurğusu əsaslı təmir olunub.
Bununla yanaşı, gəminin heyətinə məxsus yaşayış otaqları da yenilənib.
Təmirçilər gəminin sualtı və suüstü hissəsinin, baş göyərtə və üst qurumun, lövbər zəncirlərinin obraziv qumla təmizlənərək üç qat rənglənməsini də həyata keçiriblər.
Uzunluğu 149, 9, eni 17,3 metr olan “Prezident Heydər Əliyev” tankerinin yükgötürmə qabiliyyəti 13 min tondur.