Prezident onu sədr müavini TƏYİN ETDİ 

Azər Rasim oğlu Abbasov Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyəti sədrinin müavini təyin edilib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, A.Abbasov 2010-2016-cı illərdə əmək fəaliyyətini Maliyyə Monitorinqi Xidmətində böyük hüquq məsləhətçisi kimi davam etdirib, 2016-2018-ci illərdə qurumun Hüquq sektorunun müdiri vəzifəsini icra edib, 2018-2023-cü illərdə Hüquq departamentinin direktoru vəzifəsində çalışıb.