Prezidentinin köməkçisi: Bütün namizədlərə bərabər şərait yaradılmalıdır

Seçkiqabağı təşviqat üçün bütün namizədlərə bərabər şərait yaradılmalıdır.

Sabahinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

Zeynal Nağdəliyev qeyd edib ki, bununla bağlı yerli icra orqanlarına tapşırıq verilib: “Avqustun 9-dək bu iş bitəcək”.

Azərbaycan Prezidentinin köməkçisi bildirib ki, seçici siyahılarının dürüstləşdirilməsi ən vacib məsələlərdən biridir: “Bu iş aidiyyəti qurumlar tərəfindən davam etdirilməlidir. İndiyə qədər seçicilərin sayı 22,2 % artıb. Bu, 28 iyuna olan rəqəmdir”.