Rusiya Silahlı Qüvvələrinin sayı 2,39 milyon nəfərədək artırılacaq.
Sabahinfo.az xəbər verir ki, bu barədə ölkə prezidenti Vladimir Putin fərman imzalayıb.
Qeyd olunur ki, bu göstəricinin 1,15 milyon nəfəri hərbi qulluqçular, digərləri mülki şəxslər olacaq.
Fərman yanvarın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, hazırda Rusiya Silahlı Qüvvələrinin tərkibi 1,9 milyon nəfərdən çoxdur və bunun 1,013 nəfərini hərbi qulluqçular təşkil edir.