Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donbas vilayətində təcili hərbi əməliyyatlar keçirməklə bağlı xalqına müraciət edib. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan bu addımı atmağı tələb edir. O qeyd edib ki, Rusiya Federasiyasının planlarına Ukraynanın işğalı daxil deyil: “Ukrayna hərbçilərinə müraciət etməliyəm, siz xalqa and içdiniz, sizi dərhal silahlarınızı yerə qoymağa çağırıram”.