Ukraynanın Kreminna şəhərinin meri Vlodimyr Strukun cansız cəsədi yol kənarında tapılıb.
"Unikal" xəbər verir ki, Putin tərəfdarı olan Vlodimyr Struk Rusiyanın Ukraynaya işğalında Rusiyanı dəstəklədiyi üçün naməlum şəxslər tərəfindən qaçırılıb. Çox keçməyib ki, axtarışda olan merin cəsədi yolun kənarında tapılıb.
Polislər onun başından vurularaq öldürüldüyü və meyitini yolun kənarına atıldığını deyiblər.
Ukrayna daxili işlər nazirinin müavini Anton Geraşenko sosial media hesabından verdiyi açıqlamada "Ukraynanın satqınları azalıb. Luqansk Regional Şurasının keçmiş üzvü, Kreminetsk OTG-nin keçmiş rəhbəri ölü tapılıb", - deyib.
Qeyd edək ki, Vlodimir ötən həftə verdiyi açıqlamada rus işğalını dəstəkləyib və həmkarlarını Rusiya ilə əlaqə saxlamağa dəvət edib