Ukraynada vətəndaşların yeni səfərbərliyini elan etmək lazımdır.
Sabahinfo.az xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko Fransanın “Le Point” jurnalına müsahibəsində deyib.
Kliçkonun sözlərinə görə, belə bir tədbir Ukrayna Silahlı Qüvvələrinin (AFU) şəxsi heyətinin döyüş meydanında rotasiyasını həyata keçirməyə imkan verəcək. O, həmçinin əlavə edib ki, hazırda səfərbərlik Kiyevin 100 min sakinini əhatə edib.
Şəhər meri aydınlaşdırdıb ki, söhbət həm kişilərdən, həm də qadınlardan gedir.