Sumqayıt, Siyəzən və Xudat şəhərlərində qanunsuz ovlanmış balıqların satışı ilə məşğul olan şəxslər saxlanılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov Sabahinfo.az-a bildirib ki, araşdırma zamanı qanun pozucularının Siyəzən rayon sakinləri Əbülfəz Mirzəyev, Vüqar Əsgərov, Şabran şəhər sakini Həkim Məsimov, Xudat şəhər sakini Ramil Ağamalıyev, Sumqayıt şəhər sakinləri Yaqub Dadaşov, Elvin Həsənov, Kamal Ədilov və Rasim Məhərrəmov olduğu müəyyən edilib:
“Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.
Xidmət rəsmisinin sözlərinə görə, ölkə ərazisində qanunsuz balıq ovunun və satışının qarşısını almaq məqsədilə keçirilən nəzarət tədbirləri davam etdirilir.