Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursatın siyahısı açıqlanıb.

Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Sentyabr ayının 26-sı saat 10:00-a olan məlumat belədir:

1. Atıcı silah və qumbaraatanlar - 909

2. Artilleriya silahları - 47

3. HHM vasitələri - 165

4. Döyüş sursatları - 251308

5. Təchizat və ləvazimatlar - 1674

6. Optik və digər cihazlar - 154

7. Zirehli texnika - 22

8. Avtomobil texnikası - 75

9. Qoşqu - 21