Qarabağ tezliklə regionun parlayan ulduzuna çevriləcək

Oktyabrın 20-də Zəngilanın işğaldan azad olunmasının 2 ili tamam oldu. Bu ilin 20 oktyabrı isə tarixdə həm də Zəngilan hava limanının açıılışı ilə yadda qalacaq. Zəngilan hava limanının açılması Azərbaycan tarixinin ən zəngin səhifəsidir. Ötən ilin oktyabrında Füzuli hava limanının açılışında olduğu kimi, bu ilin oktyabrında Zəngilan aeroportunun açılışında da ilk rəsmi qonaq kimi Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi eniş etdi. Bu, artıq bir ənənə halını alır. Bu, Azərbaycan-Türkiyə qardaşlığının növbəti nümunəsidir.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bu, onu göstərir ki, biz bütün xoş günlərdə bərabərik. Elə bu qardaşlıq, bu bərabərlik Azərbaycanı hər addımda təhdid etmək istəyənlərə tərs sillə oldu. Zəngilan hava limanı Zəngəzur dəhlizinin açılmasının ilkin mərhələsi də sayıla bilər. Bu hava limanının açılışı Zəngəzur dəhlizinə qarşı çıxanlara göz dağ oldu.

Səfər zamanı hər iki ölkənin dövlət başçısı həm dəmir yolunun inşası ilə tanış oldu, həm də “Dost Aqropark”ın açılışını birlikdə qeyd etdi. Bölgəyə birinci özəl sərmayə olan aqroparkın adı da özlüyündə hər şeyi deyir.

Azərbaycan və Türkiyə regionda yeni reallıqlar yaradır. Regionda sülhün bərqərar olması vacib addımdır. Türkiyə və Azərbaycanın bölgədə sülh və əmin-amanlıq yaratdlğı da göz önündədir. Bu gün Türkiyə və Azərbaycan bölgədə əsas söz sahibidir. İşğaldan azad edilmiş ərazilərdə bir ilin içində iki beynəlxalq hava limanının açılması Azəırbaycanın qüdrətini göstərir. Bu, eyni zamanda həmin ərazilərin tezliklə bərpa olunacağını, ora yenidən həyatın qayıdağının göstəricidir. Elə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Zəngilan səfərindən ölkəsinə qayıdarkən yerli jurnalistlərlə söhbətində Qarabağın bir ildən sonra gəldiyi nöqtəni görməyin, onun günü-gündən inkişafının şahidi olmağın onu hədsiz dərəcədə sevindirdiyini bildirib. Ərdoğan bu layihələrdə Türkiyə qurumlarının və türk şirkətlərinin payının olmasının qürurverici olduğunu vurğulayıb. Ərdoğanın dediyi kimi, inanırıq ki, Azərbaycanın investisiya addımları ilə Qarabağ tezliklə regionun parlayan ulduzuna çevriləcək.

Oqtay Əsədov
Milli Məclisin deputatı

Paylaş