"Qarabağ xalçaları: tarixdən gələcəyə ötürülən həqiqət” adlı sərgi 

“Arts Council Azerbaijan” təşkilatının WORLD CRAFTS COUNCIL EUROPE Beynəlxalq təşkilatına üzv olması ilə əlagədar olaraq, “NUR Art House” qalereyası, “Azərbaycan xalçaçıları” İctimai Birliyi və “Arts Council Azerbaijan” təşkilatı birlikdə “Qarabağ xalçaları: tarixdən gələcəyə ötürülən həqiqət” adlı sərgi təşkil edir. Sərgidə şəxsi kolleksiyalarda saxlanılan qədim xalçalarla yanaşı, müasir xalçaçı-rəssamlarımızın əsərləri nümayiş olunacaq. Proqram çərçivəsində tamaşaçılar Qarabağ xalçalarının ornamentləri ilə tanış olacaq, mərasim xalçalarının etnoqrafik əhəmiyyətinə həsr olunmuş söhbətləri dinləyəcək, tanınmış xalçaçı-rəssamlarımızın Ustad dərslərində iştirak edəcəklər. Sərgi illərin qovuşağında Qarabağ xalçalarının rəngarəng dünyası ilə qəlblərə hərarət gətirəcək, yaradıcılıq eşqini alovlandıracaq. Bir həftə davam edəcək sərgi dekabrın 28-dən etibarən ictimaiyyət üçün açıq olacaq. Ünvan: İçərişəhər, Qəsr küçəsi, 27, “NUR Art House”