"Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımayan ölkə yoxdur" - Paşinyan

“Dünyada elə bir ölkə olmayıb və yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın”.

Sabahinfo.az “news.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib.

O xatırladıb ki, Praqa görüşünün yekunlarına əsasən, Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birilərinin ərazi bütövlüyünün tanınması barədə razılıq əldə ediblər.

Hökumət başçısı qeyd edib ki, Ukrayna hadisələri kontekstində yeni dünya nizamı uğrunda böyük mübarizə gedir:

“Və bu yeni dünya nizamında biz sülh üçün gündəm seçirik”.