Gənclər Fondunun dəstəyi ilə “Gənclərin Həmrəyliyi” ictimayi birliyi “Qarabağı Tanıyaq”adlı layihə çərçivəsində 12-13 oktyabr 2021-ci il tarixdə Mingəçevir şəhər “Gənclər Evi”ndə və “Gəncə Maarif Evi”ndə iki Esse yazı müsabiqəsi-maarifləndirici tədbiri hər iki bölgədən 25 Gəncin iştirakı ilə həyata keçirmişdir.
QHT.az xəbər verir ki, Mingəçevir şəhər və Gəncə şəhər Gənclərinin Qarabağ və Qarabağ abidləri haqqında Karabakh.Center səhifəsindən istifadə edərək abidələrlə yaxından tanış olmuş və gələcəkdə abidələrin və Qarabağın yenidənqurulması istiqamətində fikirlərini Esse yazı olaraq təlim çərçivəsində təqdim etmişdirlər.
Erməni vəhhşiliyi sayəsində Qarabağda abidələrimizin,mülki əhaliyə aid yaşayış evlərinin dağıdılması haqqında.onların 30 il ərzində işğal etdikləri torpaqlarımızda ekoterror törətdikləri haqqında məlumat verildi.
Gənclərlə görüşə Qarabağ Dirçliş Fndunun Fandreyzinq və Kommunikasiya şöbəsinin rəhbəri Aybəniz ismayılova qoşuldu və Qarabağın yenidənqurulmasında 5 istiqamət haqqında geniş məlumaat verdi və Gəncləri Qarabağın dirçəldilməsində onlarında rolunun əhəmiyyətli olduğunu vurğuladı.
Tədbirin sonunda Esse yazı müsabiqəsinin bir qalibi seçilərək mükafatlandırıldı,digər iştirakçılara isə hədiyyə və sertifikatlar təqdim edilərək xatirə fotosu çəkildi.
Layihənin davamı noyabr ayında Balakən və Qax rayonlarında həyata keçiriləcəkdir.