Qazaxıstan Prezidenti Kasım-Comert Tokayev nüvə partlayışlarının Qazaxıstan ərazisinə böyük ziyan vurduğunu vurğulayıb.
Sabahinfo.az xəbər verir ki, o bununla bağlı Tokayev 29 Avqust Nüvə Sınaqlarına Qarşı Beynəlxalq Fəaliyyət Günü münasibətilə "Twitter" hesabında paylaşım edib.
O, bu günün bəşəriyyət üçün böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
“Ölkəmiz həmişə nüvə təhlükəsizliyi prinsiplərinə ciddi əməl edəcək. Nüvə partlayışları Qazaxıstan ərazisinə böyük ziyan vurub. Bu faciə bir daha təkrarlanmamalıdır. Ölkəmiz nüvə təhlükəsizliyi prinsiplərinə hər zaman ciddi əməl edəcək", - deyə o, bildirib.