Qəbələ Rayon Polis Şöbəsinə rayon sakini Veysəl Rüstəmovun odlu silahdan açılan atəş nəticəsində ayağından xəsarət alması və iki barmağının amputasiya olunması ilə bağlı məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sabahinfo.az-a verilən məlumata görə, keçirilən tədbirlərlə həmin şəxsin odlu silahla ehtiyyatsız davranması nəticəsində xəsarət aldığı müəyyən edilib və ondan qanunsuz olaraq saxladığı "İJ" markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.