Millət vəkili Rəşad Mahmudov Yeni Azərbaycan Partiyasının Astara Rayon Təşkilatının inzibati binasında növbəti vətəndaş qəbulunu keçirib.
Qəbul zamanı 20-dən çox vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən səhiyyə və sağlamlıqla bağlı məsələlər, həmçinin sosial, hüquqi və məişət problemləri ilə əlaqədar olub.
Bir sıra məsələlər üzrə elə yerindəcə lazımi addımlar atılaraq həll istiqamətində qərarlar qəbul edilib, digər müraciətlər isə aidiyyəti dövlət qurumlarına yönləndirilmək və nəzarətə götürülmək üçün qeydə alınıb.

