Qəhrəman şəhidimiz - Cəmil Məmmədli - VİDEO

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda etmiş qəhrəman hərbçilərimizdən biri də Cəmil Məmmədli olub.

Sabahinfo.az Xəzər TV-yə istinadən xəbər verir ki, Cəmil Məmmədli 1999-cu ildə İsmayıllı rayonunda anadan olub.

O, 2016-cı ildə orta məktəbi bitirdikdən sonra universitetə qəbul olub. Ali təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Xidmətdə  olduğu dövrdə  44 günlük Vətən müharibəsi başlayıb.

Qəhrəmanımız Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Ötən il oktyabr ayının 14-dən 15-ə keçən gecə qəhrəmancasına şəhid olub.

Qəhrəman şəhidimiz ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: