Qərbi azərbaycanlılara qarşı kütləvi qırğınlarla bağlı video-çarxın təqdimatı keçiriləcək

Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti İB  24 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qərbi azərbaycanlılara qarşı kütləvi qırğınlar” adlı qrant layihəsi çərçivəsində hazırlamış olduğu video-çarxın təqdimatını həyata keçirəcək. Video-çarxda Qərbi azərbaycanlılara qarşı törədilən qırğınların qısa qısa xronikası tarixi sənədlər və canlı şahidlərin ifadələri əsasında  geniş izləyici kütləsinə təqdim ediləcəkdir. Video-çarx ingilis dilində subtitr yazılarla verilmişdir ki, sosial şəbəkələrdə geniş izləyici kütləsi tərəfindən izlənilə bilsin. Təqdimat mərasimində Qərbi Azərbaycan icmasının üzvləri, millət vəkilləri və universitet tələbələri iştirak edəcəkdir.