Xəbər verdiyimiz kimi, oktyabrın 2- Tərtər rayonunda 1974-cü il təvəllüdlü Abdullayev Yaşar Nadir oğlunun üzərində xəsarətlərlə xəstəxanaya daxil olması və göstərilən tibbi müdaxilələrə baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Qayıbov İnqilab Ələsgər oğlu müəyyən olunaraq saxlanılıb.
Sabahinfo.az xəbər verir ki, hadisəni tərdən İnqilab Qayıbov Vətən müharibəsinin iştirakçısı olub. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb və onun müharibə zamanı çəkilmiş fotosu paylaşılıb.
Bildirilib ki, İnqilab Qayıbov müharibədə snayper kimi xidmət edib. Onun II qrup əlil olduğu da qeyd edilib.
Qeyd edək ki, faktla bağlı hazırda araşdıma aparılır.Modern.az