Qəzzada törədilən qırğına heç bir bəraət qazandırmaq olmaz.
Sabahinfo.az "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Gənclik Fondunun (TÜGVA) təşkilati toplantısında çıxışı zamanı deyib.
O, ABŞ-nin bu məsələdə mövqeyini tənqid edərək, bütün dünya ölkələrini sülhə nail olmaq üçün səy göstərməyə çağırıb. “Amerika kimi bir ölkə üçün daha uyğun nə olardı? O, sülhü bərqərar etməyə çalışır, yoxsa odun üstünə benzin qatır?”, - deyə Ərdoğan bildirib.
“Qəzzada su, çörək, yemək yoxdur. Bu, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə ziddir. Qərb haradadır? İndiyə qədər hansı tədbirləri görüblər? Heç biri heç nə!" - istənilən müharibənin müəyyən müharibə qanunlarına görə aparılmalı olduğunu qeyd edən prezident Ərdoğan Qəzzanın bombalanmasını qətliamla müqayisə edib.
Onun sözlərinə görə, dövlətlər qanunlara əməl etməyə və buna görə məsuliyyət daşımağa borcludurlar.