Qəzzaya humanitar yarıdmla bağlı Türkiyə və İsrail diplomatik təmaslara başlayıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” diplomatik mənbələrə istinadən xəbər yayıb.
Bildirilib ki, məqsəd Türkiyənin İsrail limanında saxlanılan humanitar yarıdmlarının Qəzzaya çatdırılmasıdır. Hər iki tərəfdən rəsmi şəxslər bu barədə müzakirələr aparırlar.
Qeyd ki, Türkiyə hər il fələstinli qaçqınlar üçün müntəzəm olaraq 26 ton yardım ayırır.