Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Cəmiyyətin inkişafında erkən nikah problemi" layihəsinin icrası davam edir.Layihənin fəaliyyət planına uygun olaraq bu gün növbəti tədbir Gəncə şəhəri Məhsəti ( Sevinc) qəsəbəsində yerləşən 21saylı tam orta məktəbdə baş tutdu.Tədbirdə 13+ yaş qrupu olan məktəbli qızlar, məktəbin gənc psixoloqu, valideyn komitəsinin sədri, sinif rəhbərləri iştirak etdilər.Layihə rəhbəri Bələdiyyə, Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Gülnarə Əmiraslanova layihənin məqsəd və vəzifələri,mövzunun aktuallıgı,layihə çərçivəsində görülən işlər barədə tədbir iştirakçılarını məlumatlandırdı.Layihə müddəti və davamlı olaraq qaynar xəttin fəaliyyəti ilə tədbir iştirakçılarını tanış etdi və maarifləndirici sosial- çarxın çəkilməsi və ictimaiyyətə təqdim olunması barədə geniş məlumat verdi.Daha sonra təşkilatın təsisçilərindən Gəncə Dövlət Universitetinin dosenti Arifə Əhmədli öz çıxışında erkən nikahların fəsadları, cəmiyyətin inkişafında problem olaraq təsirindən bəhs etdi.Tədbirdə məktəbin gənc psixoloqu şagirdlərlə mövzu ətrafında mütəmadi görülən işlər haqqında məlumat verdi. Tədbir şagirdlər tərəfindən çox maraqla qarşılandı.Tədbirin sonunda ilkin qiymətləndirmə aparılması məqsədi ilə anonim yazılı sorgu keçirildi və fokus qrup müzakirəsi ilə yekunlaşdı.Bununla da layihənin fəaliyyət planına uygun olaraq ilk mərhələsi bitdi.Layihənin növbəti mərhələlərində Zoom Platforması ilə valideyn görüşləri təşkil olunacaq, təlimlər keçiriləcək və mövzunu əhatə edən sosial- çarx çəkilərək ictimaiyyətə təqdim olunacaq