QHT yeni layihəsinin icrasına başlayıb

“Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi “Azərbaycançılıq ideologiyası: təşəkkül tapması, tarixi inkişaf mərhələləri, istiqamətləri” mövzusunda yeni layihəyə start verib. Fevral ayının 1-dən başlayan layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Bu barədə layihənin rəhbəri, “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi İctimai Birliyinin sədri Kamran İsmayılov məlumat verib. K.İsmayılov bildirib ki, layihədə Azərbaycançılıq ideologiyasının təməl prinsipləri, məzmunu və mahiyyəti, formalaşması və inkişaf mərhələlərinin araşdırılması nəzərdə tutulur. Bu zaman əsas diqqət Azərbaycançılıq ideyasının dərin tarixi köklərinin araşdırılmasına, onun tarixi-coğrafi, etnososioloji amillərinə yönəldiləcəkdir. Milli dövlət identikliyimizin inkişafında Azərbaycançılıq ideologiyasının rolu və təsiri tədqiq ediləcəkdir.

    Lahiyənin əsas məqsədi Azərbaycançılıq məfkurəsinin tarixi, mənəvi-mədəni əsaslarının, təkamül mərhələlərinin araşdırılması məsələləri ilə bağlı araşdırılmaların aparılması və tədqiqatın  yekunlarını özündə əks etdirən əsərin nəşr edilməsidir.

.  Layihə çərçivəsində tədqiqatın qarşısında duran məqsəd və vəzifələri yerinə yetirmək üçün bu istiqamətdə indiyə qədər  görülmüş işlər, aparılmış tədqiqatlar öyrəniləcək, mövzu ilə bağlı arxiv sənədləri və müxtəlif mənbələr araşdırılacaq, tədqiqatın ayrı-ayrı nəticələri ilə bağlı elmi jurnallarda, kütləvi informasiya vasitələrində, internet resurslarında məqalələr dərc ediləcək, “Milli dövlət identikliyinin  Azərbaycançılıq ideologiyası” adlı kitab (Azərbaycan və ingilis dillərində) çap ediləcək və tarixçi  alimlərin, tələbələrin, QHT və mətbuat nümayəndələrinin iştirakı ilə “Azərbaycançıların milli identikliyinin inkişafında Qarbağ və Şuşa mühüm amil kimi” mövzusunda onlayn konfrans keçiriləcək.