Media və Mülki Cəmiyyət İctimai Birliyi “Əhaliyə pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı təşəbbüslər” mövzusunda yeni layihəyə start verib. Sentyabr ayının 1-dən başlayan layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Bu barədə layihənin rəhbəri, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov məlumat verib.
QHT sədri bildirib ki, layihədə əhalinin aztəminatlı və sosial cəhətdən həssas qruplarına, fiziki imkanları məhdud insanlara, şəhid ailələrinə, Qarabağ qazilərinə diqqət və qayğının artırılması, onlara pulsuz hüquqi yardım göstərilməsinin təşkili nəzərdə tutulur. Layihə çərçivəsində həmçinin həssas qrupların ərizə və müraciətlərinə dövlət orqanları tərəfindən baxılması vəziyyətinin öyrənilməsi və onlara hüquqi yardım göstərilməsi məqsədilə maarifləndirmə tədbirləri həyata keçiriləcək.