QHT yeni layihəyə start verib

Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 01.07.2023-cü il, 01.10.2023-cü il tarixərini əhatə edəcək, “Müharibə əlillərinə, veteranlarına psioxoloji-reabilitasiya və sosial problemlərinin həllinə dəstək” layihəsinin icrasına başladı.

Layihənin rəhbəri Rasim Mirzəyev layihənin məqsəd və məramı haqqında məlumat verərək bildirdi ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda və Vətən müharibəsində döyüşərək sağlamlıqlarını itirmiş müharibə əlillərinin çoxusu müalicə olunmaları və sosial hüquqlarının təmin olınmaları üçün hara və necə müraciyət etmələrini bilmirlər.

Müharibə əlillərin və vetranların sosial hüquqlaı və psixoloji-rebilitasiya sahəsində marifləndirmələrinə. onlarin tibbi və sosial problemlərinin həllinə köməklik göstərilməsinə daha çox ehtiyacları vardır.

Buna görədə həyata keçiriləcək, “Müharibə əlillərinə, veteranlarına psioxoloji-reabilitasiya və sosial problemlərinin həllinə dəstək” layihəsinin əsas məqsədi, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda və Vətən müharibəsində döyüşərək sağlamlıqlarını itirmiş müharibə əlilləri və veteranların onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş tibbi-reablitasiyya və sosial təminat hüquqlarını Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin olunmasına hüquqi köməklik göstərərək, adı çəkilən vətəndaşlar arasında yaranmış narazılıqları aradan qaldırmaqdır.

Layihə çərçivəsində həmçinin, Vətən müharibəsində döyüşərək sağlamlıqlarını itirmiş müharibə əlillərinin və veteranları arasında pisixoloji gərginliyi artmışların pixoloji-reabilitasiya olunmaları üçün aidiyyəti xəstəxanalrada müalicə olunmalarına hüquqi köməklik göstəriləcəkdir