“Qırmızı kitab”a düşən çöl quşlarını ovlamaq istədi - VİDEO

“Qırmızı kitab”a düşən çöl quşlarının ovlanmasına qarşı əməliyyatlar keçirib.

Bu barədə Sabahinfo.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə-dövlət qoruqlarında, su hövzələrində qanunsuz balıq, quş ovu və brokonyerliyə qarşı mübarizə davam etdirilir.

Xaçmaz rayonunun Müqtədir qəsəbəsində aparılan növbəti nəzarət-profilaktik tədbirlər zamanı Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olan Elnur Xəlilov saxlanılıb. Ondan qanunsuz ovladığı 32 ədəd balıq, ov qurğuları və qayıq aşkarlanıb.

Araşdırmalar davam etdirilir.

Həmçinin Su Nəqliyyatında Polis İdarəsindən bildirilib ki, xüsusi mühafizə olunan ərazilərdə, o cümlədən Xəzər dənizində yerləşən strateji obyektlərin yaxınlığında ov edilməsi qəti qadağandır. Ov qaydalarını kobud şəkildə pozan şəxslər barəsində su polisləri tərəfindən ciddi tədbirlərin görülməsi nəzərdə tutulur.

Su polisləri tərəfindən Xəzər dənizinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli balıqların qanunsuz ovlanmasının qarşısını almaq və dənizin dibi ilə çəkilən müxtəlif təyinatlı dəmir boru kəmərlərini, naqilləri oğurlayan şəxslərə qarşı da fasiləsiz mübarizə aparılır.