Qızıl Aypara Cəmiyyətinin nümayəndə heyəti Qarabağa səfər ediblər

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti,  millət vəkili Novruz Aslanovun rəhbərliyi ilə AzQAC- nin nümayəndə heyəti Qarabağa rəsmi  səfər ediblər.

Belə ki 13 sentyabr 2021 il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti,  millət vəkili Novruz Aslanov idarə rəisi Əziz Qocayev,  icraçı katib Ceyhun Mirzəyev işğaldan azad olunmuş ərazilərimizdə Fizuli və Cəbrayılda   səfərdə olublar. Səfərin məqsədi işğaldan azad olunmuş ərazilərimizdə  işğal nəticəsində dəymiş humanitar fəlakətin qiymətləndirilməsidir. Səfər 14 sentyabr Ağdam rayonunda davam edəcək.