Əfsanəvi futbolçu Corc Vea ölkəsinin başçısı seçilib.
Sabahinfo.az xəbər verir ki, "Milan”ın sabiq hücumçusu Liberiyanın prezidenti təyin olunub.
O, seçki prosesində əsas rəqibi Joze Bokaya qalib gəlməyi bacarıb.
1987-2003-cü illərdə Liberiya millisində 60 oyunda 22 qola imza atan keçmiş forvard karyerası ərzində "Milan”la yanaşı, "Monako”, PSJ, "Çelsi”, "Mançester Siti” və "Marsel” klublarının da formasını geyinib.
Qeyd edək ki, Corc Vea 1995-ci ildə "Qızıl top” mükafatını qazanıb./apasport/