Rusiya Qızıl Xaç Cəmiyyətinin keçmiş rəhbəri Raisa Lukutsova Moskvada mənzillərindən birində ölü tapılıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, 74 yaşlı Lukutsovanın meyiti qızı tərəfindən aşkarlanıb. Qadın xərçəngdən əziyyət çəkirmiş.
Xatırladaq ki, 2021-ci ilin avqustunda Rusiya İstintaq Komitəsinin əməkdaşlarının Rusiya Qızıl Xaç Cəmiyyətinin xeyriyyə təşkilatının rəhbərliyinə qarşı cinayət işi açıb. Rusiya Qızıl Xaç Cəmiyyəti Moskva vilayətindəki “Drujba” sanatoriyasının binalarını ucuz qiymətə satmaq cəhdində ittiham olunub. O zaman Rusiya Qırmızı Xaç Cəmiyyətinin rəhbəri Raisa Lukutsova idi, ona qarşı xüsusilə böyük miqyasda dələduzluq cəhdinə görə iş açılmışdı.