“Tezliklə sülh müqaviləsinin erməni tərəfinin əlavə və şərhləri ilə redaktə edilmiş mətni Azərbaycan tərəfinə veriləcək”.
Bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan brifinq zamanı bildirib.
Onun sözlərinə görə, İrəvan sülh müqaviləsinin ilin sonuna qədər əldə olması üçün əlindən gələni edəcək.
“Lakin ilin sonuna kimi bunun reallaşacağını söyləmək çətindir”, - o qeyd edib.