Quba şəhəri təhsilin səviyyəsinə görə digər şəhər və rayonlardan daha öndədir ! TehilForumu.Az təqdim edir. Qubada son bir neçə ildə həyata keçirilən irimiqyaslı investisiya layihələri həcminə görə əvvəlki on illiklərdə görülən işlərə bərabərdir.Ölkədəki islahatlar əhalinin sosial durumunun yüksəlməsinə, dövlətimizin güclənməsinə xidmət edir: “Bu gün Azərbaycandakı iqtisadi inkişaf, siyasi sabitlik Quba şəhərindən də yan keçməyib. Şəhərimizdə aparılan quruculuq-abadlıq işləri son illər daha da sürətləndirilib. İstər rayon mərkəzi, istər kənd və qəsəbələr müasir görkəm alır. ölkəmizin iqtisadi gücü artdıqca yenidənqurma və abadlıq işləri də sürətlənir. Yenidənqurma tədbirləri zamanı beynəlxalq təcrübə ilə milli üslubun üzvi şəkildə uzlaşdırılması diqqətdə saxlanılır. Füsunkar təbiətin qoynunda yerləşən Quba rayonundakı müasir tikililər, sosial obyektlər, istirahət ocaqları və yaşıllıqlar birlikdə bənzərsiz mənzərə yaradır. Bütün bunlar ölkəmizdə həyata keçirilən kompleks yenidənqurma tədbirlərinin səviyyəsini dolğun əks etdirir Rayonda təhsilin inkişafı üçün gərəkən addımlar atılıb: “Quba şəhəri təhsilin səviyyəsinə görə digər şəhər və rayonlardan daha öndədir ki, bu da təsadüfi deyil. Bizim rayonda elm və təhsilə hər zaman böyük maraq olub. Ötən il rayonda bir sıra sahələrdə yüksək irəliləyişlər əldə olunub, yeni iş yerləri açılıb. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla, yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirilməsi ölkəmizin siyasi-iqtisadi inkişafını, o cümlədən, sosial rifahın yüksəlişini təmin edib. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan gündən-günə inkişaf edir, güclənir, beynəlxalq arenadakı mövqeyini möhkəmləndirməklə yanaşı, bölgələrimizin inkişafı, vətəndaşların sosial şəraitinin yüksəlişi təmin olunur.