Qurban Qurbanov dünya reytinqində irəliləyib

2023/24 mövsümü başa çatdıqdan sonra dünyanın ən yaxşı baş məşqçilərinin reytinq siyahısı açıqlanıb.

Sabahinfo.az xəbər verir ki, iyun cədvəlində planetin 500 ən güclü mütəxəssisi yer alıb.

Siyahıda yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovdur. "Qarabağ"ın baş məşqçisinin mövqeyi dəyişib.

O, 1672 xalla dünyada 135-cidir. Qurbanov ötən ayla müqayisədə xal artımına nail olmasa da, 1 pillə irəliləyib. Onun qabaqladığı mütəxəssislər arasında Miçel, Domeniko Tedesko, Şenol Günəş, Okan Buruk, Roberto de Dzerbi, Frank Lempard kimi tanınmış simalar var.

Qeyd edək ki, cədvələ 2239 xala malik "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola başçılıq edir./idmanbiz