02 dekabr 2024-cü il tarixdə “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Qusar rayonunda “Eko təhlükəsizlik və dayanıqlı gələcək naminə gənclərin maarifçilik məktəbi” adlı tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd regionlarda gənclər arasında təmiz ətraf mühit və yaşıl enerji mövzularında maarifləndirmə yolu ilə davamlı həyat tərzini təbliğ etməkdən ibarətdir. Həmçinin layihə çərçivəsində “ətraf mühit tullantıları” və “su ehtiyatlarından səmərəli istifadə” mövzusunda hazrlanmış video-çarx təqdim olunub. Sonra tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.