Qusarda hovuza düşən şəxs öldü

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qusar rayonunun İmamqulukənd kəndində 1 nəfərin dərinliyi təqribən 3 metr olan hovuza düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Sabahinfo.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə 1 nəfərin meyitini hovuzdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.