Qusarda itkin düşən kişi meşədə tapıldı

Qusar Rayon  Polis Şöbəsinə rayonun Kuzun kənd sakini, əqli qüsurlu 47 yaşlı Gülbala Muradovun itkin düşməsi barədə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Adalet.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən dərhal zəruri tədbirlər həyata keçirilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin nəticəsində G.Muradov meşənin dərinliklərindən  tapılaraq ailəsinə təhvil verilib.