Bu gün Qusar rayonunun Əniğ kəndində RİHB hörmətli Sahir Məmmədxanovla bir yerdə səyyar qəbul keçirdik.
Qəbulda qaldırılan məsələlərin həll olunması üçün yerindəcə tapşırıqlar verildi. Əniğ kəndinin sakinləri cənab Prezident İlham Əliyevin rayonumuza göstərdiyi xüsusi qayğısından məmnunluqlarını ifadə etdilər və qaldırılan məsələlərin həll olunması ilə bağlı müvafiq qurumlara verilən tapşırıqlardan razılıqlarını bildirdilər.
Azər Badamov
Milli Məclisin deputatı