Qusarlıların seçimi YAP-ın namizədidir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 61 saylı Qusar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Azər Badamovun Düztahir və Əcəxur kəndlərində seçicilərlə görüşü keçirilib.

Görüşləri giriş sözü ilə açan YAP Qusar  rayon  təşkilatının sədri David İbramxəlilov qeyd edib ki, zəngin ənənələrə malik partiya kimi YAP-ın nüfuzu gündən-günə artır: “32 ilə yaxın müddət  ərzində qazanılmış qələbələr YAP-ın cəmiyyətdəki yerinin sarsılmaz olduğunu, ölkəmizin inkişafı istiqamətində həyata keçirilən proqramların nəticəsi olaraq xalqın bu təşkilata böyük etimad göstərdiyini təsdiq edir”.

Çıxış edən deputatlığa namizəd Azər Badamov   əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O vurğulayıb ki, YAP bu seçkilərə də yüksək səviyyədə hazırlaşıb. Deputatlığa namizəd bildirib ki, növbəti dəfə namizədliyinin verilməsi ona partiyanın üzvü kimi göstərilən böyük etimaddır. A.Badamov qeyd edib ki, bu etimad layiqincə doğrultmaq onun mühüm vətəndaşlıq  borcudur.

Azər Badamov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Tədbirdə, Düztahir kənd ağsaqqalları Abdulmin Nurmətov, Nəsrəddin Mizəmətov, həmçinin seçicilər Mehman Mirzəmətov, Həmid Əmiraslanov, Dahi Ağakərimov və Ruslan Teymurov  çıxış edərək seçkilərdə YAP-ın namizədi A.Badamova səs verəcəklərini bildiriblər.