BMT-nin baş katibi Antonio Quttereş İsveçrədə keçirilən Davos İqtisadi Forumunda çıxışı zamanı BMT Təhlükəsizlik Şurasının (TŞ) nüfuzunu itirdiyini deyib.
Sabahinfo.az xəbər verir ki, o, BMT TŞ-nin təsirinin azaldığını bildirib: “Bu gün bir sıra böhranlarda İsrail, İran, Türkiyə kimi orta səviyyəli ölkələr BMT TŞ-nin 5 daimi üzvündən, həmçinin məndən daha çox təsirə malikdirlər. Etiraf etməliyik ki, bu gün baş verənlərə böyük güclərdən daha çox təsir göstərən orta güclər var”.
Baş katibin sözlərinə görə, bu, artıq sübut olunub.
Qeyd edək ki, BMT TŞ-nin daimi üzvləri Rusiya, Çin, ABŞ, Fransa və Böyük Britaniyadır.