Razi Nurullayev İmişlidə

Deputat üçün vətəndaşı qəbul etmək üçün xüsusi məkan, ofis, idarə anlayışı yoxdur. Hər yer deputatın ofisidir. İmişlidə vətəndaşları qəbul edib görüşdüm. Qaz çəkilişi ilə bağlı inanıram ki, nəticə əldə edə bilərik. Birinci qrup əlil üçün ev məsələsi məlum səbəblərdən hələ ki, çətindir, amma çalışırıq. Bir də valideynlərin övladları ilə bağlı iş məsələsi, iş yerində müqaviləsiz olması, problemi olması və s. Bir də haqqı olanların sosial yardım və aktivlər ala bilməməsidir. Doğurdan da haqqı olanlar ala bilmir. Bunun da səbəbi qanunvericilikdədir və İnşallah dəyişdirilməsi üçün çalışacağıq.

Kollektiv problemlərlə məşğul olmaq daha asan və faydalıdır. Müraciətlər isə, əsasən fərdidir.