Razi Nurullayev koronavirusa yoluxdu - "Yaxşı vəziyyətdə deyiləm"

Milli Məclisin deputatı Razi Nurullayev koronavirusa yoluxub. 

Sabahinfo.az xəbər verir ki, bu barədə millət vəkili özünün "Facebook" səhifəsində yazıb.

"Nəzərinizə çatdırıram ki, keçən həftədən COVID-ə yoluxmuşan. Xeyli zənglər gəlir və telefonu da söndürmək istəmirəm. Çünki, müalicə ilə bağlı zənglər də olur, təxirəsalınmaz köməyə ehtiyacı olanlarla da danışmalı oluram. Amma, çox çətindir belə.  Hərçənd ki, özüm yaxşı vəziyyətdə deyiləm", - R.Nurullayev bildirib.