REAL-ın 6 üzvü rəsmən deputatlığa namizəd oldu

 

REAL Partiyasının qeydə alınmış deputatlığa namizədlərinin sayı 6-ya çatıb. 

Sabahinfo.az xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov bildirib.

“Bu gün Natiq Cəfərli və Erkin Qədirlinin namizədliyi müvafiq olaraq 33 saylı Xətai birinci və və 16 saylı Yasamal ikinci seçki dairələrində qeydiyyata alındı. Beləliklə, REAL-ın qeydə alınmış namizədlərinin sayı 6-ya çatdı. İmzalarını təhvil vermiş daha 4 namizədimiz hələ cavab gözləyir. Daha 3 nəfər isə qeydiyyat üçün tələb olunan 450 imzanı yaxın günlərdə toplayıb qurtaracaq», - İ.Məmmədov deyib.

Qeyd edək ki, İlqar Məmmədovun özü də deputatlığa namizədliyini 22 saylı Nəsimi ikinci seçki dairəsindən irəli sürüb.

REAL Partiyası ümumilikdə 13 nəfərin namizədliyini irəli sürüb.