Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova türk dünyasına xidmətlərinə görə “Türk Dünyasının Ali Ordeni” təqdim edilib.
Orden R.T.Ərdoğana Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının 9-cu Zirvə toplantısında verilib.
Bu münasibətlə təşkil olunan mərasimdə çıxışı zamanı Türkiyə lideri Qarabağ mövzusuna və orada görülən işlərə də toxunub.