Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Rəşad Mahmudov SABAHİNFO.AZ-a müsahibə verib.
-Rəşad müəllim yeniyetmələrin vaksinasiya məsələsi gündəmdədir. Eyni zamanda statistikada artım da var. Belə bir ehtimal da var ki, noyabr ayında qapanmalara gedəcək. Bu yöndə sizin fikirlərinizi öyrənmək istərdik.
- Əlbəttə ki, son günlərdə yenidən yeni bir dalğa sönməsinə baxmayaraq, belə rəqəmlərin yumuşaq da olsa, artma meylinə girməsi payız mövsümünün gəlişindən xəbər verir. Çünki hamıya məlumdur ki, payız mövsümü bütün qripal xəstəliklər üçün münbit bir şərait yaradır. Bu həm qapalı keçişlərin miqdarının artmasıyladı, həm də günlük hava şəraiti ilə bağlı olaraq bədənimizdə və bütün fiziologiyamızda olan dəyişikliklərə bədənin vermiş olduğu reaksiyadır. Bunu nəzərə alara Dünya Səhiyyə Təşkilatının da vermiş olduğu tövsiyələrə və xəbərdarlıqları bir daha xatırlatmaq istəyirəm ki, bəli, payız mövsümündə yeni bir böyük dalğanın gəlmə ehtimalı dünya üçün labüddür. Bu həqiqəti qulaqarxası etmək və yaxud qəbul etməmək qəbuledilməzdir. Çünki bunu qəbul etmədiyimiz zaman vaxtsız, hazırlıqsız anlar hər bir ölkə, cəmiyyət və üçün böyük təhlükələr törədə bilər. Bu işin birinci tərəfi, ikinci tərəf son günlər artıq bütün dünyada aparılan ümumi tədqiqatlar nəticəsi artıq peyvən yaşın artdıqca aşağı düşülməsi bir daha bizə bu xəstəliyin artıq uşaq yaşlarında da ciddi təhlükələr yaratması ehtimalından uşaqların yoluxması ilə birlikdə sadəcə ətrafa xəstəlik yaymaqla qalmayıb həm də özləri üçün həyati təhlükə yartma ehtimalını ortaya qoyur. Yaxın keçmişdə də bildiyimiz kimi hamıya məlum olan Sumqayıtda da bir yeniyetmənin COVİD xəstəliyindən həyatını itirməsi bir mənfi təcrübə olsa da bu bizləri daha ehtiyatlı olmağa və dünyada elm mərkəzləri tərəfindən və bu tədqiqatları aparan institutlar tərəfindən verilən tövsiyələrə uymağa çağırır. Əlbəttə ki, bu könüllü bir məsələdir, aidiyyatı qurumlar da Operativ Qərargah da bu məsələni ölkəmizdə də 12 yaşdan etibarən ailə və valideynlərin istəyinə buraxıb. Amma mən bir həkim kimi deyə bilərəm ki, əlbəttə ki, arzumuz ola bu xəstəlik qısa müddət içərisində aramızdan yox ola və yaxud təhlükə yaratmaya. Amma bu xəstəlik olduğu müddət içərisində zərbəni aldıqdan sonra, əzizlərimizi itirdikdən sonra bunun doğruluğuna inanmaq sadəlöhvlük olar və bu unutmayacağımız böyük bir zərbə, həmdə əslində məsuliyyət məsələsidir. Mənim şəxsi olaraq həkim kimi tövsiyəm odur ki, mis qrupunda olan cəmiyyətlərdə bu gün artıq insanlar arasında və dünyada dolaşan söz-söhbətin də mənasız olduğunu insanlar daha çox dərk edir, yəni peyvəndlə bağlı qalıcı yan təsirlə ortalıqda heç bir məlumat yoxdur. Var olan sproklatik düşüncələrin varlığını bu xəstəliklər olmadan əvvəl də biz bu xəstəlikləri görürdük. Hər bir xəstəliyi onla bağlamaq sadəcə tibbi bilgisizlikdən qaynaqlanır. Ona görə mənim tövsiyəm odur ki, peyvənd olunması xüsusən kök olan uşaqlar, alimentar olaraq çəkisi yüksək olan, yanaşı xəstəlikləri olan uşaqların xüsusən heç düşünmədən vaxtında bu peyvənd olunması labüddür. Çünki gənc uşaqların gələcəkdə genetik və yaxud başqa problemlərlə üz-üzə qalması məsələsi ki, var gündəmdə insanları, cəmiyyəti və valideynləri narahat edir. Onu deyə bilərəm ki, bunu sadəcə tibbdən və tenel tibbin dərinliklərindən və peyvəndlərin yaradılan metodikasından xəbəri olmayan insanlar bunu deyə bilər. Peyvəndin genetik xüsusiyyətləri üzərində təsir mexanizması mövcud deyil.
- III doza məsələsi hal-hazırda gündəmdədir. Bu nə dərəcədə vacibdir.
- Birmənalı olaraq aparılan son birillik təcrübə onu göstərdi ki, peyvəndlərin ortalama 6-cı aydan sonra təsiri istənilən səviyyədə qalmır və qorumaq xüsusən xəstəlikdən yoluxmadan qorunmadan getmir söhbət. Ağırlaşma və ağırlaşdıqdan sonra həyati təhlükə məsələsində artıq peyvəndlənməmiş insanlarla eyni səviyyəyə gəlir. Bunun səbəbi peyvəndin effektsiz olması deyil. Bunun səbəbi peyvəndin bəlli bir müddət qoruyuculuq xüsusiyyətin olması, necə ki, biz yoluxduqdan sonra və 6 ay sonra yoluxmamıza baxmayaraq bədənimiz bu xəstəliyə qarşı həssaslaşır. Ona görə bunu nəzərə alaraq onu deyəcəyik ki, bu gün dünya ekspertlərinin və dünya tibb mütəxəssislərinin bu sahə üzrə vermiş olduğu tövsiyələrdə də 3-cü vaksinin – yəni gücləndirici, qüvvətləndirici dostor dozasının vacibliyi gündəmdədir və bunun olunması, yəni əliçatan insanların bunu etdirmələri payız aylarında ola biləcək təhlükələrdən qorunmaqda hər birimizə və dövlətin səhiyyə sisteminə də dəstək olmuş olacaq.
- Sizcə qapanmalar mümkündürmü?
- Əsfsuslər olsun ki, hal-hazırda dünyada aparılan epidemioloji analizlər onu göstərir ki, keçən ilki payız ayları ilə müqayisədə bu ilki dəyərlərin ondan dəfələrcə yüksək olma ehtimalı var. Bu artıq mirmənalı olaraq hər bir səhiyyə sistemi üçün bir yük deməkdir. Əlbəttə ki, belə bir şəraitdə hansısa yeni qaydaların gətirilməsi söhbəti gündəmə gələ bilər. Amma unutmamaq lazımdır artıq öyrəndiyimiz odur ki, heç bir zaman əvvəlki illərdə tətbiq olunan sərt qapanma rejimləri deyilən bir mövzu yoxdur. Sadəcə yoluxmaya daha çox səbəb olan kütləvi birliklərin olduqları yerlərin keçici olan qapanmalar və orada olan fəaliyyətin məhdudlaşdırılması bu da dalğanın olduğu 3-4 həftəlik müddət içərisində ola bilər. Ona görə də cəmiyyət arasında lazımsız qorxular yerinə hər bir insan bilməlidir ki, bəli, Azərbaycan hökuməti, aidiyyatı qurum və ən başda da Operativ Qərargah ölkədəki epidemioloji vəziyyətin bütün təsir edən fakıtorları nəzərə alaraq Azərbaycan ölkəsindəki real tibbi səhiyyə sahəsində olan resurslarımızı nəzərə alaraq məcbur qalmadığı müddət içərisində sadə qapanmalara getməyəcək. Amma məcbur qaldığı zaman məktəblər və digər müəssisələrin və yaxud ictimai fəaliyyətin keçici olaraq məhdudlaşdırılması mövzusu gündəmə gələ bilər.
Ədil Ədilzadə