Rəşad Mahmudov qəbul keçirdi

Millət Vəkili, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov Astarada seçicilərini qəbul edib. Qəbul Yeni Azərbaycan Partiyasının Astara rayon ilk Partiya Təşkilatının İnzibati binasında baş tutub.

Qəbul zamanı 40-a yaxın iştirak edən seçicilər işsizlik, əlilliyin təyinatı, sosialmüavinət, səhhətlərindəki problemin həlli və bu kimi digər məsələlər ilə bağlı müraciətlər səsləndiriblər.

Seçiciləri narahat edən məsələlərin bir qismi yerindəcə həll edilib.

Digər məsələlər isə aidiyyəti üzrə orqanlara yönləndirilib.