Unutmamalıyıq ki, tibb sahəsi emosional manipulyasiyalara və ictimai linç mexanizmlərinə ən həssas sahələrdən biridir. Burada səhv və ya təhrif olunmuş informasiya sadəcə imic məsələsi deyil, real klinik qərarlara təsir edən ciddi amildir.
Sabahinfo.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Rəşad Mahmudov deyib.
Onun fikrincə, informasiya yayımı zamanı peşəkar fəaliyyət qorunmasa, cəmiyyətdə həkimi riskdən qaçan, ağır məsuliyyətdən çəkilən mövqeyə sürükləmiş olarıq. Bu isə heç kimin marağında deyil.
Parlamentari təklif edib ki, qanunvericiliyin müzakirəsi zamanı bu aspekt ayrıca nəzərə alınsın və tibb sahəsinə münasibətdə əsassız məlumatların yayılmasının qarşısını alan daha aydın və effektiv hüquqi mexanizmlər formalaşdırılsın.