Rövşən Rüstəmov: “On yeni sürət qatarının alınması üçün müqavilələr bağlanır”

“Sumqayıtla Bakı arasında sürət qatarları fəaliyyət göstərir və onlar 20-25 min nəfərin daşınması üçün nəzərdə tutulub. Hazırda 10 yeni sürət qatarının alınması üçün müqavilələr bağlanır. Növbəti ilin sonunda ilk sürət qatarları ölkəmizə gətiriləcək”.

Oxu.Az xəbər verir ki, bu sözləri Fəxri xiyabanı ziyarət edən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov deyib.

“Dəmir yolunun inkişafı ilə bağlı layihələr uğurla icra olunur. “Dəmir Yolları”nda kütləvi ixtisarlar planlaşdırılmır. Hazırda strateji inkişaf istiqamətlərinin müəyyənləşməsi üçün layihələrimiz var. “Dəmir Yolları”nın korporativ idarə üslubunda idarə olunması üçün ciddi addımlar atılır”, - deyə  sədr əlavə edib.